Lerik rayonunda daha bir zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən ÇıxışYolu.Com-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 17:04-də Lənkəran stansiyasından 12 km cənub-qərbdə qeydə alınıb.
Yeraltı təkanlar episentrdə 4 bala yaxın, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
17:11
Azərbaycanın cənub bölgəsində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən ÇıxışYolu.Com-a verilən məlumata görə, zəlzələ avqustun 28-də, yerli vaxtla saat 16:57-də Lerik rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanların maqnitudası 5.1 bal, dərinliyi isə 15 km olub.
Yaxın yaşayış məntəqələrində zəlzələ 3-4 bala qədər hiss olunub.