Azərbaycanda quşların sayı artıb, uzunqulaq və atların sayı azalıb.
Dövlət Statistika Komitəsindən ÇıxışYolu.Com-a bildiriblər ki, 2018-ci ilin yanvar ayının 1-nə ölkədə 30 milyon 473,4 min quş qeydə alınıb.
2017-ci ilin yanvar ayının 1-nə bu rəqəm 28 milyon 9,5 min təşkil edib.
Uzunqulaq və atların sayı isə kəskin azalıb. Cari ilin yanvar ayının 1-nə ölkədə 30,9 min uzunqulaq, 68,5 min at qeydə alınıb. İllik müqayisədə uzunqulaqların sayı 3,2 min, atların sayı isə 3,1 min baş azalıb.
Statistikadan aydın olur ki, on il əvvəl (2008-ci ilin yanvar ayının 1-nə ) ölkədə 47,2 min uzunqulaq, 71,9 min at mövcud olub.