ÇıxışYolu.Com - Azərbaycanda rus bölməsində yer yoxdur

ÇıxışYolu.Com – Azərbaycanda rus bölməsində yer yoxdur

Baxış sayı: 2. 203 dəfə baxılıb.

Azərbaycanın ümumtəhsil məktəblərində rus bölməsində yerlərlə bağlı çatışmazlıqlar müşahidə olunur. 

Bununla bağlı ÇıxışYolu.Com-ın redaksiyasına çox sayda şikayətlər daxil olub.  

Valideynlər rus bölməsinin I sinfində onlara yer ayrılması üçün problemlərinin işıqlandırılmasını xahiş edirlər.

Həqiqətən də, övladlarını birinci sinfə qoyan onlarla valideyn bu problemlə qarşılaşıb. 

Oxşar problemlə bağlı fikirlərini “Facebook” istifadəçisi Gülnarə Məmmədova da bölüşüb. O deyib ki, Ceyranbatan qəsəbəsində yaşayır. 

ÇıxışYolu.Com - Azərbaycanda rus bölməsində yer yoxdur

Onun evinin yanında rus bölməsinin olduğu ancaq bir məktəb var. Onun qızı Rusiyada doğulduğu üçün sənədlərlə bağlı müəyyən problemləri olub. Bu səbəbdən valideynlər uşaqlarını məktəbəqədər hazırlıq qrupuna qoya bilməyiblər.

2018-ci il martın 14-dən uşaq birinci sinif üçün onlayn qeydiyyatdan keçib. Valideyn lazım olan məktəbi sinifdə limit dolduğu üçün seçə bilməyib. 

Doğrudur, onun statusu sosial şəbəkə istifadəçiləri arasında maraq yaratdıqdan sonra Məmmədovanın problemi həll olunub. 

ÇıxışYolu.Com - Azərbaycanda rus bölməsində yer yoxdur

Ancaq yüzlərlə valideyn hələ də övladlarını rus bölməsinə yerləşdirə bilməyiblər. 

Məktəblərdən bildirilib ki, təhsil sistemində rus bölməsi üçün müəllimlər çatışmır. 

ÇıxışYolu.Com bu mövzunu diqqətdə saxlayacaq.

Ə.Ş.
www.ÇıxışYolu.Com