Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlü dəfn olunub.
ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, S. Mövsümlü Buzovna qəbiristanlığında torpağa tapşırılıb.
Mərhum teleoperatorun dəfn mərasimində Müdafiə Nazirliyinin nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları, müharibə veteranları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, S. Mövsümlü gecə saatlarında uzun sürən xəstəlikdən sonra 64 yaşında dünyasını dəyişib.
S. Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb. Bu sahədə təhsil almaq üçün 1980-ci ildə Ümumittifaq Teleradio İnstitutuna göndərilib. Moskvada təhsilini uğurla başa vurub Bakıya qayıdıb. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator kimi fəaliyyətini davam etdirib.
S. Mövsümlü Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlarımızdandır. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun – Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.
12:55
Tanınmış hərbi teleoperator Seyidağa Mövsümlü dünyasını dəyişib.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda tanınmış telejurnalist Telli Pənahqızı öz “Facebook” statusunda yazıb.
Qeyd edək ki, S. Mövsümlü uzun illər Azərbaycan televiziyasında, AzTv-də fəaliyyət göstərib.
O, Xocalı soyqırımı ilə bağlı dəhşətli görüntüləri ilk çəkən və ilk yayımlayan, Azərbaycan xalqına və dünyaya çatdıran teleoperatotdur.
Allah rəhmət eləsin!
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com