ÇıxışYolu.Com - Azərbaycanlı aparıcı dostuna qarşı dələduzluqda ittiham olunur

ÇıxışYolu.Com – Azərbaycanlı aparıcı dostuna qarşı dələduzluqda ittiham olunur

Baxış sayı: 2. 336 dəfə baxılıb.

Tanınmış aparıcı Tural Ozan dələduzluqda ittiham olunur.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, aparıcı barədə Yasamal Rayon 28-ci Polis İdarəsinə şikayət ərizəsi daxil olub.

İddia edilir ki, aparıcı “Xəzər maqazin” proqramının müxbiri Azad Mirzəzadənin 700 manat pulunu mənimsəyib.

Məsələ ilə bağlı saytımıza danışan Azad bildirib ki, Tural Ozanla yeddi ildir dost imiş:

“Yeddi ildir tanıdığım, dostluq etdiyim Tural Ozan mənim etibarımdan sui-istifadə edərək, pulumu mənimsəyib. Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmişəm, dəlil və sübutları qanun keşikçilərinə təqdim etmişəm. Hamısı bütün xırdalıqları ilə araşdırılır”.

ÇıxışYolu.Com - Azərbaycanlı aparıcı dostuna qarşı dələduzluqda ittiham olunur

Mirzəzadə söyləyib ki, Turala yeni bir sayt yaradılması üçün 1100 manat pul ödəyib, ancaq qarşılığında aldadılıb:

ÇıxışYolu.Com - Azərbaycanlı aparıcı dostuna qarşı dələduzluqda ittiham olunur

“2016-cı ildə sentyabr ayında 400, oktyabr ayında isə 600, daha sonra isə 100 manat olmaqla, Turala çalışdığım model Stefano Suarosa sayt yığılması üçün 1100 manat pul verdim. Bu pulun 1000 manatı sayt üçün, 100 manatı isə admin paneli üçün nəzərdə tutulmuşdu. Əvəzində isə 400 manat ödəniş edərək, çox keyfiyyətsiz və yararsız saytla məni aldatmağa çalışıb”.

ÇıxışYolu.Com - Azərbaycanlı aparıcı dostuna qarşı dələduzluqda ittiham olunur

Məsələ ilə bağlı Tural Ozanla əlaqə saxlasaq da, o, belə bir hadisənin baş vermədiyini bildirib.

ÇıxışYolu.Com - Azərbaycanlı aparıcı dostuna qarşı dələduzluqda ittiham olunur

.
www.ÇıxışYolu.Com