Sumqayıt ərazisindən peyk vasitəsilə bütün dünya yayımlanan “Dünya” TV-nin aparıcısı geyimi ilə tamaşaçıları təəccübləndirib.
ÇıxışYolu.Com-ın məlumatına görə, buna səbəb “Tam səmimi” proqramının aparıcısı Samir Bayramlının saxta “Philipp Plein” markalı ti-şörtünün üstündə yazılan “fuck” sözü olub.
Aparıcının geyiminə qarşı olan diqqətsizliyi tamaşaçıların gözündən yayınmayıb.
Qeyd edək ki, ingilis sözü olan “fu*k” feil formasındadır və intim əlaqəyə girmək mənasını verir.
Bu sözdən, adətən, müxtəlif təhqiramiz birləşmələrin tərkibində istifadə olunur. “Fuck” sözü vulqar sayılır və rəsmi, siyasi və mədəni dairələrdə təhqir kimi qiymətləndirilir.