Jurnalist Nigar İsmayılqızında Leykoz (qan xərçəngi) xəstəliyi aşkarlanıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı bacısı Aytən İsmayılova danışıb.
Onun sözlərinə görə, Nigarın vəziyyəti gündən-günə pisləşir:
“Bir müddət idi ki, onda halsızlıq müşahidə olunurdu. Müayinə zamanı məlum oldu ki, Nigarda leykositlər çoxalıb. Bundan sonra ona təcili qan köçürməyə başladıq. Qan köçürülsə də, Nigarın vəziyyəti pisləşdi”.
Bacısı bildirib ki, Nigar hazırda “Hacettepe” xəstəxanasına müalicə alır:
“Bütün ailə, qohumları, dostları yığışıb 30 min AZN düzəltmişik. Amma bizə dedilər ki, bu məbləğlə Nigarı xilas etmək mümkün olmayacaq. Ona, yəqin ki, ilik nəql olunacaq. Bu isə yalnız Avropa dövlətlərində mümkündür”.
Qeyd edək ki, Nigar “Space” və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin “GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb.