Azərbaycanın futbol üzrə gənclər yığmasının (U-21) hücumçusu Renat Dadaşovun yeni klubu məlum olub.
ÇıxışYolu.Com xəbər verir ki, Dadaşov Portuqaliyanın “Eştoril” klubunun şərəfini qoruyacaq.
Klubun rəsmi saytında forvardın artıq müqaviləni imzaladığı təsdiqlənsə də, kontraktın müddəti barədə məlumat verilmir.
“Eştoril klubunda olmağıma çox şadam. Ümid edirəm ki, bu hamı üçün unudulmaz bir dönəm olacaq”, -deyə Dadaşov klubun saytına verdiyi açıqlamada söyləyib.