ÇıxışYolu.Com – Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında

Baxış sayı: 2. 626 dəfə baxılıb.

ÇıxışYolu.Com - Azərbaycanlı futbolçu Rusiya Premyer Liqasında

Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Krılya Sovetov”un sabiq yarımmüdafiəçisi Azər Əliyev Rusiya Premyer Liqasında mübarizə aparan “Ufa” ilə müqavilə bağlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, 24 yaşlı futbolçu bu həftə Samara klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozduğundan Başqırdıstan təmsilçisinə sərbəst oyunçu kimi keçib.

Onun Ufa klubu ilə neçə illik müqavilə bağladığı açıqlanmır.

Futbolçu klubun TV-nə verdiyi açıqlamasında indiki klubunda müdafiəçi Aleksey Nikitin və gürcü əsilli qapıçı Georgi Şeliyanı Krasnoyarsk “Yenisey”indən tanıdığını bildirib. O bildirib ki, ona yarımmüdafiənin sağ cinahında oynamaq daha rahatdır.

Qeyd edək ki, Krasnoyarsk doğumlu olan, milliyyətcə azərbaycanlı Azər Əliyev ötən mövsüm “Krılya Sovetov”la Rusiya I divizionunda qırx matç keçirib və beş qola imza atıb. O, bu klubla cari mövsüm Rusiya Premyer Liqasında bir matç keçirib.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com