ÇıxışYolu.Com – Azərbaycanlı hakim Ermənistan millisinin iki oyununu idarə edəcək

Baxış sayı: 2. 831 dəfə baxılıb.

Azərbaycanlı FIFA referisi Yusif Nurullayevin Ermənistan millisinin oyununu idarə edəcəyi dəqiqləşib.

ÇıxışYolu.Com xəbər verir ki, sabahdan avqustun 23-dək Moldovanın paytaxtı Kişinyovda qadın futzalçılardan ibarət milli komandalar arasında ilk dəfə Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunları keçiriləcək. 

Yusif Nurullayev də hakim kimi C qrupunda ev sahibi Moldova ilə yanaşı, Belarus və Ermənistan yığmalarının oyunları idarə edəcək. Referimiz sabah Moldova – Ermənistan, avqustun 22-də isə Ermənistan – Belarus matçında iş başında olacaq.

Pərviz Musayev adlı şəxsin şəkli.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com