ABŞ-da yaşayan azərbaycanlı model Cavidan Qurbanova ana olub.
ÇıxışYolu.Com xəbər verir ki, onun oğlu dünyaya gəlib.
Xəbəri modelin anası Meri Qurbanova “Facebook” hesabında yayıb.
“Şahzadəmiz doğuldu. 36 saat gözlədik. 3600 qram Amerika xoşbəxtliyi”, – deyə Meri Qurbanova yazıb.
Qeyd edək ki, Cavidan “Miss Azərbaycan 2014” gözəlidir. O, Orxan Məmmədov adlı azərbaycanlı ilə ailə quraraq, ABŞ-da yaşayır.