Şou-biznesdə olan xanımların mənə “qaqaşım”, “qardaşım” deməsinə qadağa qoyuram.
ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri sosial media hesabında müğənni Vüqar Muradov yazıb.
O, şou-biznesdə olan xanımların ona “qardaş” deyə xitab etməsini qəbul etmədiyini bildirib:
“Sənət dostu, tanış və s. ola bilərik, çoxunu ağır söz deyib sındırmaq da istəmirəm. Amma bu qədər də olmaz axı, kim sizi bacı kimi qəbul edirsə, özü bilər. Axirətdə bacım olasınız”.
Qeyd edək ki, onun bu statusuna dəstək verənlərlə yanaşı, ifaçının tənqid edənlər də olub.
“Elə kişilər var ki, sənə “qaqaş” deyənlər onlardan namusludur”, “Niyə məhz xanımlar? Elə kişi müğənnilərə də qadağan elə”, – deyə Vüqara rəylər yazılıb.