ÇıxışYolu.Com - Azərbaycanlılar Ukraynada “ad çıxardılar”

ÇıxışYolu.Com – Azərbaycanlılar Ukraynada “ad çıxardılar”

Baxış sayı: 2. 909 dəfə baxılıb.

Ukraynanın İzyumsk şəhər məhkəməsi quldurluqda şübhəli bilinən beş nəfərin həbsi ilə bağlı qərar verib. 

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Ukrayna mətbuatı məlumat yayıb. 

Şübhəli şəxslər arasında 36 yaşlı ukraynalı və yaşları 23-31 olan dörd Azərbaycan vətəndaşı var. Onlara qarşı qabaqcadan əlbir olaraq bir qrup şəxslə quldurluq etmə maddəsi ilə ittiham irəli sürülüb. 

Məlumatlara görə, hadisə iyulun 9-da İzyumsk rayonunun Oskol kəndində baş verib. Şübhəlilərdən biri idarə etdiyi “Opel” markalı avtomobilini “Skoda” markalı avtomobilə çırpıb. 

Bundan sonra “Skoda” markalı avtomobilin sürücüsünün üzərinə bir neçə maskalı şəxs hücum edib, döyüblər və üzərindəki 55 min dollar pulu, mobil telefonu götürərək aradan çıxıblar. Avtomobilə isə od vurublar. 

ÇıxışYolu.Com - Azərbaycanlılar Ukraynada “ad çıxardılar”

ÇıxışYolu.Com - Azərbaycanlılar Ukraynada “ad çıxardılar”

ÇıxışYolu.Com - Azərbaycanlılar Ukraynada “ad çıxardılar”

ÇıxışYolu.Com - Azərbaycanlılar Ukraynada “ad çıxardılar”

ÇıxışYolu.Com - Azərbaycanlılar Ukraynada “ad çıxardılar”

Ə.Ş.
www.ÇıxışYolu.Com