Xırdalan sakini qeyri-rəsmi nikah münasibətində olduğu qadının qardaşı tərəfindən döyülərək öldürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən ÇıxışYolu.Com-a bildirilib ki, iyunun 28-də Xırdalan şəhərində yaşayan Pərviz Həbibovun evində infarktdan ölməsi ilə bağlı məlumat daxil olub.
Bununla əlaqədar polis və prokurorluq orqanları əməkdaşlarının apardıqları araşdırmalarla P.Həbibovun iyunun 22-də qeyri-rəsmi nikahda olduğu Bakı şəhər sakini N.Ağakişiyevanın qardaşı Ələkbər tərəfindən döyülməsi və evində ölməsi müəyyən edilib.
Görülmüş tədbirlərlə Ə.Ağakişiyev saxlanılıb.
Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.