Belarusun paytaxtı Minskdə keçirilən badminton üzrə “Belarus International 2018” turnirinə yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, kişilərin şəxsi yarışında finalda badmintonçumuz Ade Reski Dvikahyo və Fransa təmsilçisi Leo Rossi üz-üzə gəlib. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmada yekunda 2:1 (21-18, 15-21, 21-19) hesablı qələbə qazanan indoneziyalı legionerimiz “Belarus International 2018” turnirinin qalibi olub.
Eyni uğura kişilərin qoşa yarışında da imza atmışıq. Yarımfinalda polşalı Aleksander Yablonski – Kristof Yakovçuk cütünə 2:0 (21-18, 23-21) hesabı ilə qalib gələn Dvikahyo – Azmi Kovimuramadhoni tandemi finalda Fransa badmintonçuları Leo Rossi – Toma Bor üzərində də inamlı qələbə qazanıb: 2:0 (21-18, 21-14). Dvikahyo bu qələbəyə görə 750 avro qazanıb.
Beləliklə, bu kateqoriyada da turnirin qalibi adını Azərbaycan badmintonçuları qazanıb. Qeyd edək ki, Ade Reski Dvikahyo bu ay Ukraynanın Xarkov şəhərində keçirilən beynəlxalq turnirdə də medal qazanmışdı. O orda gümüş medalla kifayətlənmişdi.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com