ÇıxışYolu.Com - Bakı əhalisinin sayı açıqlandı

ÇıxışYolu.Com – Bakı əhalisinin sayı açıqlandı

Baxış sayı: 2. 237 dəfə baxılıb.

ÇıxışYolu.Com - Bakı əhalisinin sayı açıqlandı

İlin əvvəlindən  Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər  artaraq 2018-ci il iyul ayının 1-i vəziyyətinə 2 mln 269,7 min nəfərə çatıb. 

Bakı Şəhər Statistika İdarəsindən ÇıxışYolu.Com-ya verilən məlumata görə, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edib. 

Əhalinin bir kvadrat kilometrə düşən sayı 1060 nəfər olub. 

Hesabat dövründə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14570  doğulan körpə qeydə alınıb.

Doğulan körpələrin 156 nəfəri əkiz, 2 -si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 110 oğlan  düşür.                             

www.ÇıxışYolu.Com