ÇıxışYolu.Com - Bakıda ağac kəsən şəxs 2200 manat cərimələndi

ÇıxışYolu.Com – Bakıda ağac kəsən şəxs 2200 manat cərimələndi

Baxış sayı: 2. 248 dəfə baxılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Səbail rayonu, Azadlıq küçəsi 15 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət araşdırılıb.

Nazirlikdən ÇıxışYolu.Com-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə bir lüqustr ağacının kəsildiyi, bir əncir ağacının qanunsuz budandığı və təbiətə 720 manat məbləğində ziyan dəydiyi məlum olub.

Araşdırma zamanı ağacların Vurğun Cəfərov tərəfindən kəsildiyi və budandığı müəyyən edilib. Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və o, fiziki şəxs qismində 2200 manat məbləğində cərimə edilib.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com