Bakıda avtobus sürücüsü yolda müəyyən edilən sürət həddini aşaraq qaydaları pozub. Üstəlik, sürücü bunu avtobusun içində sərnişinlə dolu olarkən edib. Başqa bir avtobus sürücüsü də sürət həddini aşıb.
ÇıxışYolu.Com “xezerxeber.az”a istinadən xəbər verir ki, sərnişin avtobusu magistral yolda yüksək sürətlə hərəkət edib.
Hətta hərəkət uzun müddət sol zolaqda davam edib. Kadrlar metronun “Koroğlu” stansiyasından hava limanı istiqamətində lentə alınıb.
Sürücu avtobusu saatda 120 km. sürətlə idarə edib. O, hətta döngələrdə də sürətini azaltmır. Avtobusun içində isə sərnişinlərin olub-olmadığı aydın görünmür.
Yol hərəkəti üzrə ekspertlər deyir ki, burda həm videonu çəkən, həm də avtobusun sürücüsü sürət həddini kobud şəkildə pozub.
Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.
Söhbət 136 nömrəli marşrut avtobusundan gedir. Kadrlardan aydın görünür ki, “Koroğlu” metrosundan Şüvəlan istiqaməti istiqamətində hərəkət edən sürücü yol hərəkəti qaydalaranı pozaraq sürət həddini aşıb.
Ekspertlər bununla bağlı xəbərdarlıq edib. Çünki belə sürücülər sərnişinlərin də həyatını təhlükəyə atır. Əgər avtobusun qarşısına qəfil hər hansı maneə çıxarsa, belə bir vəziyyətdə ağır faciənin baş verməsi qaçılmazdır.