ÇıxışYolu.Com - Bakıda bağçada azyaşlı döyülüb?

ÇıxışYolu.Com – Bakıda bağçada azyaşlı döyülüb?

Baxış sayı: 3. 859 dəfə baxılıb.

Sosial şəbəkələrdə iki yaşlı uşağın paytaxtın özəl bağçalardan birində döyülmə faktı ilə bağlı video yerləşdirilib. 

ÇıxışYolu.Com xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən “Nərgiz” uşaq bağçasında qeydə alınıb. 

Azyaşlının atası Pərvin Şükürzadə deyib ki, azyaşlı oğlu danışa bilmir:

“Dostlar, başıma bəla gəlib. Xahiş edirəm, məsələnin ictimailəşməsində mənə yardım edin! İki yaşı yenicə olmuş oğlum Yasamaldakı “Nərgiz” özəl bağçasında zorakılığa məruz qalıb. Sonuncu dəfə onurğa nahiyəsindən üç dəfə yumruqla vurublar. Biz hüquq-mühafizə orqanlarına müraciət etmişik. Lakin bağça rəhbərliyi müxtəlif yollara əl ataraq işi ört-basdır etməyə çalışır.

Təsəvvür edin, hadisədən bir müddət keçməsinə baxmayaraq, körpəni döyən şəxs bağçada rahat işləməyə davam edir”.

P.Şükürzadənin sözlərinə görə, hadisə ötən ayın 21-də baş verib:

“Biz uşağın bədəninə baxanda orada göyərmələr gördük və həkimə müraciət etdik. Həkimlər dedilər ki, bu, yumruq zərbələrinin izidir. Bağçada bizə müşahidə kameralarına baxılmasına icazə verilmədi və səbəb göstərildi ki, guya saat 17:00-dan sonra heç nə yadda saxlamayıb. Çox güman ki, övladımı kameranın olmadığı yerdə döyüblər”.

www.ÇıxışYolu.Com