Bakıda baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib.
Bakı Nəqliyyat Agentliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində “90-OJ-802” dövlət qeydiyyat nişanlı yük maşını “10-TF-383” dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.
Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb.
08:39
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı “90-OJ-802” dövlət nömrə nişanlı yük maşını 149 saylı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.
Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.
Leyla Əliyeva
Foto: Elxan Qəniyev
www.ÇıxışYolu.Com