Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin binasından intihara cəhd hadisəsi baş verib.
ÇıxışYolu.Com-ın məlumatına görə, məcburi köçkün, gözdən əlil idmançı Natiq Hüseynov mənzil problemi ilə bağlı komitə sədri Rövşən Rzayevin qəbuluna gəlib.
Məsələ həll olunmadığı üçün o, soyunaraq intihara cəhd edib. Hadisə yerinə müğənni Manaf Ağayev gələrək onu intihar fikrindən daşındırıb.
Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsindən ÇıxışYolu.Com-ya bildirilib ki, məsələ barədə hələlik bir məlumat verə bilməzlər:
“Qısa müddət ərzində hadisə barədə ictimaiyyətə geniş məlumat veriləcək”.
Qeyd edək ki, məsələ barədə ilk məlumatı BakuPost yayıb.