Bakıda qətl törədilib.
Daxili İşlər Nazirliyindən ÇıxışYolu.Com-a verilən məlumata görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.
Rayon sakini Sayid Abas oğlu Bayramov bacısı, 1977-ci il təvəllüdlü Xanım İslamovanı bıçaqlayaraq öldürüb. S.Bayramov hadisəni törətdikdən sonra qaçıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.