ÇıxışYolu.Com - Bakıda qısqanc ər arvadının qanını tökdü

ÇıxışYolu.Com – Bakıda qısqanc ər arvadının qanını tökdü

Baxış sayı: 2. 709 dəfə baxılıb.

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

ÇıxışYolu.Com-ın məlumatına görə, hadisə rayonun H.Əliyev küçəsində olub.

Belə ki, 1997-ci il təvəllüdlü Aydan Hətəmova əri, 1993-cü il təvəllüdlü Rəhman Cəfərov tərəfindən bıçaqlanıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Hazırda vəziyyəti orta-ağırdır. 

ÇıxışYolu.Com - Bakıda qısqanc ər arvadının qanını tökdü

Foto: Baku.ws

Rəhman Cəfərov polisə təslim olub. O, ilkin ifadəsində cinayəti etiraf edib və hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Cütlüyün iki uşağı var.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com