Bakının Şəmsi Bədəlbəyli küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində Dövlət Yol Polisi əməkdaşları ilə avtomobil sürücüsü arasında mübahisə baş verib.
ÇıxışYolu.Com-ın məlumatına görə, videogörüntülərdə DYP əməkdaşlarının sürücüyə zor tətbiq etməsi əks olunub.
Görüntünü Bakıya gələn xarici turistlərdən biri lentə alıb. O, “bu, vəhşilikdir və bunu hər kəs görməlidir”, – deyə öz fikrini qeyd edib.
Məsələ barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov ÇıxışYolu.Com-a bildirib ki, videogörüntü bir ay əvvəl çəkilib:
“Hadisə yerində polis sürücünü döyməyib. Üç mülki şəxs mübahisə edib. Onlardan biri sərxoş olub. Polislər onları sakitləşdirməyə çalışıblar”.
Vaqif Əsədov qeyd edib ki, hazırda Bakı şəhər Baş Polis İdarəsi tərəfindən hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com