Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz-dumanla bağlı operativ iş rejiminə keçərək, atmosfer havasında müşahidələr aparır.
Bu barədə ÇıxışYolu.Com-a nazirliyin mətbuat xidmətindən məlumat veriblər.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 avqust 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının saat 10:00-da sanitar normadan üç dəfə yuxarı olduğu qeydə alınıb.
09:49
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 30 avqust 2018-ci ildə ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub.
ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.
Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, səhər saat 07:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb.
Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin iki gün davam edəcəyi gözlənilir.