ÇıxışYolu.Com – “Barselona”nın futbolçusu məscid tikdirəcək

Baxış sayı: 2. 256 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Barselona”nın futbolçusu məscid tikdirəcək

Dünya çempionatının qalibi olan Fransa millisinin üzvü Usman Dembele xoşməramlı hərəkəti ilə diqqət mərkəzinə düşüb.

ÇıxışYolu.Com xəbər verir ki, əslən Mavritaniyadan olan gənc hücumçu çempionluğa görə aldığı mükafatla vətənində məscid tikdirəcək.

Məscid Dembelenin doğulduğu Cakili şəhərində inşa ediləcək.

Qeyd edək ki, Usman Dembelenin anası Mavritaniyadandır və Seneqal mənşəlidir. Atası isə Malidəndir. “Barselona”nın futbolçusunun özü isə Fransada doğulub.

S.M.
www.ÇıxışYolu.Com​