Polşa çempionatının III dəstəsinin (II liqa) “Olimpiya” – “Blenkitni” matçında baş hakim Martsin Liana futbolçunun həyatını xilas edib.
ÇıxışYolu.Com xəbər verir ki, “Blenkitni”nin futbolçusu Mixal Sıvinski rəqiblə toqquşub.
Oyunçu nəfəs almaqda çətinlik çəkib. Görüşün referisi isə ona yaxınlaşaraq futbolçuya tibbi kömək göstərib.
Qeyd edək ki, bu görüşdə “Blenkitni” 1:0 qalib gəlib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com