Qurban bayramı sakinlərimizin ən çox ətlə qidalandığı bayramlardan biridir. Bayram başlayan gündən artıq əksər insanlar evlərində qurban ətindən olan yeməklər bişirir. Bəs, görəsən, bayram günlərində əsas nələrə diqqət edilməlidir?
Səslənən sualla bağlı diyetoloq Paşa Rəcəbli deyir ki, bayram günlərində ürək-damar, diabet, böyrək xəstəlikləri və yüksək təzyiqi olanlar diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, artıq və yağlı ət qəbulu gecə saatlarına salınmasın.
Restoranlarda qurban bayramında hansı yeməklərə tələbin olduğu barədə baş aşpaz Anar Qasımov isə bildirir ki, təbii, ən çox hazırlanan və istənilən yeməklər ət ilə olanlardır.
Düzdür, qurban əti hər bir müsəlmanın haqqıdır. Ancaq gərək düzgün formada qəbul edilsin ki, səhhətimizə də ziyan vurmasın.
İlhamə Kələyeva, Ceyhun Şahbazlı