ÇıxışYolu.Com – Belçika Braziliyanı evə göndərdi

Baxış sayı: 2. 598 dəfə baxılıb.

ÇıxışYolu.Com - Belçika Braziliyanı evə göndərdi

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında növbəti yarımfinalçı müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, Braziliya – Belçika görüşündə proqnozlar alt-üst olub.

Oyunu belçikalılar daha yaxşı başlayıblar. Əvvəlcə 13-cü dəqiqə braziliyalıların heyətində Fernandinyo avtoqola imza atıb. 31-ci dəqiqədə isə De Bruyne fərqi ikiyə çatdırdı.

Fasilədən sonra braziliyalıların aramsız hücumları 76-cı dəqiqədə Auqustonun cavab qolu ilə nəticələndi. Lakin bütün səylətə rəğmən, Belçika qələbə hesabını əldən vermədi.

İndi yarımfinalda Belçikanın rəqibi Fransa millisi olacaq.

Dünya çempionatında digər ¼ final qarşılaşmalarında Rusiya Xorvatiya ilə, İngilətərə isə İsveçlə qarşılaşacaq.

www.ÇıxışYolu.Com