Türkiyəli müğənni Bengü bir ildir eşq yaşadığı Səlim Səlimoğlu ilə 7 may tarixində nişanlanmışdı.
ÇıxışYolu.Com xəbər verir ki, ötən gecə isə sənətçinin məşhur hotellərin birində toyu baş tutub.
600-dən çox insanın dəvət olunduğu gecəyə xeyli sayda məşhur da qatılıb.
Onların sırasında Ece Seçkin, Çağla Şikel, Hakan Akkaya, Serdar Ortaç, Beren Saat kimi tanınmışlar olub.
Gecədə Səlim də, Bengü də iki paltar dəyişib.
Qeyd edək ki, cütlük toy hazırlıqlarına bir milyon lirə pul xərcləyib.