Binəqədi rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib.
ÇıxışYolu.Com Report-a istinadən xəbər verir ki, hadisə Sulutəpə qəsəbəsində, səhər saatlarında qeydə alınıb.
Ruslan Allahverdiyev küçəsi 19 ünvanında 1974-cü il təvəllüdlü Rəqsanə Mustafayeva qardaşı ilə ailə münaqişə zəminində mübahisə edib.
Mübahisə zamanı qardaşı əvvəlcə R.Mustafayevanı döyüb, daha sonra ona bıçaqla zərbələr endirib.
Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onun vəziyyəti sabit ağırdır.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
İstintaq araşdırmaları aparılır.