ÇıxışYolu.Com – Britaniyalı 43 il sonra oğurladığı şokoladın pulunu ödəyib

Baxış sayı: 3. 704 dəfə baxılıb.

ÇıxışYolu.Com - Britaniyalı 43 il sonra oğurladığı şokoladın pulunu ödəyib

Britaniyalı 43 il əvvəl “Belle Vale” ticarət mərkəzindən oğurladığı şokolada görə “təzminat” ödəyib.

ÇıxışYolu.Com Lenta.ru-ya istinadla xəbər verir ki, bunula bağlı ticarət mərkəzinin “Twitter” hesabında oğrunun məktubu dərc olunub.

O, zərfin içərisində 5 funt-sterlinq göndərərək, məktub da yazıb. Məktubunda 1975-ci ildə hələ uşaq ikən oğurladığı şokoladdan yazıb:

“Üzr istəyirəm. Burada sizə borclu olduğum məbləğ var”.

Ticarət mərkəzinin administrasiyası da ona təşəkkürünü bildirib və “bu cür əməllər insana inamı qaytarır” deyə qeyd ediblər.

 

 

www.ÇıxışYolu.Com