İllər öncə türkiyəli aktrisa Meryem Uzerlinin yaxalandığı “Tükənmişlik sindromu” xəstəliyinə Burak Özçivitin də düçar olduğu iddia edilir.
ÇıxışYolu.Com NTV-yə istinadən xəbər verir ki, illərdir dayanmadan çalışan Özçvitin buna görə psixoloq yanına getdiyi ortaya çıxıb.
33 yaşlı aktyorun “Mən bu həyatda hər şeyi əldə etdm. Qəhvə içmək üçün Parisə getdim, gəzmək istədim, bir çox ölkələri gəzdim, amma artıq heç nədən zövq almıram” dediyi iddia olunur.
Müalicəyə başlayan Buraka həyat yoldaşı Fahriye Evcen dəstək olur.
“Sevdiyim qadınla evləndim. Hər zaman mənə dəstək olur”, – deyə Burak psixoloquna bildirib.
Narahatlığına görə yeni mövsümdə təklif olunan bütün işləri rədd etdiyi deyilən Burak bir müddət ekranlardan kənar qalacaq.
Bəs “Tükənmişlik sindromu” nədir?
Hazırda cəmiyyət arasında artan “Tükənmişlik sindromu” son illərdə məşhurların da bu xəstəliyə tutulması ilə daha çox gündəmə gəlir.
“Tükənmişlik sindromu” – həyatın bitməyən tələbləri qarşısında ruhi və fiziki baxımdan enerjinin tükənməsidir. Bu xəstəliyə yaxalananlar fiziki və ruhi çöküntü yaşayır, işə, özünə qarşı mənfi və şübhəli yanaşır, heç nədən zövq almır.