Hazırda cənub bölgəsində afterşoklar davam edir.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda seymik baxımdan aktiv ərazilər çoxdur:
“Şimal, Şimal-qərb zonası, Xəzər dənizi, Şamaxı-İsmayıllı ərazisi, xüsusi ilə də cənubda Talış dağlıq hissəsi aktiv bölgələrdə yerləşir. Ona görə həmin ərazilərdə hiss olunan və olunmayan təkanlar baş verir.
Cənubda zəlzələlərin olması ərazidə seysmiklik baxımından mümkündür. Bundan sonra da zəlzələ ola bilər. Zəlzələnin baş verməsi həmin ərazidə enerjinin boşalmasından irəli gəlir. Bu, yaxşı haldır. Çünki uzun müddət hansısa aktiv zonada hərəkət dayananda orada enerji toplanması baş verir ki, bu da daha güclü zəlzələ yarada bilər”.
Vüsalə Rafiqqızı qeyd edib ki, cənubda baş verən zəlzələ qorxulu deyil:
“Baş verən təkanların əksəriyyəti hiss olunan deyil. Bir neçəsi var ki, 3-4 bal gücündə olur. Hazırda cənub bölgəsində afterşoklar davam edir. Amma təhlükəli heç nə yoxdur”.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com