ÇıxışYolu.Com - Camal Quliyev Qida Təhlükəsizliyi Agentliyinə təyinat almayıb

ÇıxışYolu.Com – Camal Quliyev Qida Təhlükəsizliyi Agentliyinə təyinat almayıb

Baxış sayı: 2. 752 dəfə baxılıb.

ÇıxışYolu.Com - Camal Quliyev Qida Təhlükəsizliyi Agentliyinə təyinat almayıb

Qida Təhlükəsizliyi Agentliyi bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi vəzifəsindən azad olunmuş Camal Quliyevin Agentliyə təyinatı ilə bağlı yayılan məlumatları təkzib edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev ÇıxışYolu.Com-a bildirib ki, məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, son günlər Camal Quliyevin Qida Təhlükəsizliyi Agentliyinə təyinat alması mətbuatda geniş müzakirə olunurdu.

13:00

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin keçmiş rəisi Camal Quliyevə vəzifə verilib.

ÇıxışYolu.Com-ın əldə etdiyi məlumata görə, keçmiş rəis Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, ötən gün kənd təsərrüfat naziri İnam Kərimovun əmrinə əsasən, Camal Quliyev vəzifəsindən azad edilib.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com