Antonio Konte ilə müqaviləyə xitam verən “Çelsi” yeni baş məşqçisini müəyyənləşdirib.
ÇıxışYolu.Com xəbər verir ki, londonlular Mauritsio Sarri ilə yollarına davam edəcəklər. Məşqçi ilə 2 illik saziş bağlamaq planlaşdırılır.
Mütəxəssisin illik məvacibi 6 milyon avro təşkil edəcək. Onun köməkçisi isə “Çelsi”nin sabiq hücumçusu Canfranko Zola olacaq.
Mauritsio Sarri 2015-ci ildən cari mövsümün sonuna qədər “Napoli”ni çalışdırıb.