Ötən həftə sevgilisi Umut Evirgenle çimərlikdən fotoları yayılan türkiyəli aktrisa Tuba Büyüküstün tənqid olunmuşdu.
ÇıxışYolu.Com xəbər verir ki, izləyicilər aktrisanın iki qız anası olduğunu dilə gətirib, Tubaya bu hərəkəti yaraşdırmamışdılar.
Fotolara görə ailəsi ilə problemlər yaşayan sənətçi gələn tənqidlərə “Instagram” hesabında cavab verib.
“Əziz, insanlar, tənqid etməyi çox sevirsiniz: Bu, sizə özünüzü olduğunuzdan daha yaxşı bir insan kimi göstərir? Daha uğurlu, daha yaxşı həyat yoldaşı, daha yaxşı bir övlad, daha yaxşı bir valideyn kimi?
Daha da önəmlisi özünə hörmət edən biri kimi? Olduğunuzdan daha da günahsız sayılırsınız? Daha da xoşbəxt olursunuz? O zaman, xahiş edirəm, davam edin. Mən sizə ayna olmağı qəbul edirəm”, – deyə Büyüküstün bildirib.
Qeyd edək ki, iş adamı Umut Evirgenlə aktrisanın münasibəti ötən ildən başlayıb.