Avqustun 10-dan 11-nə keçən gecə “CinemaPlus Amburan” kinoteatrında üç filmdən ibarət qızmar “Kino Gecəsi” baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, 22:30-dan səhər saat 6:00-dək qonaqlar üçün “Məni atan casus”, “Şər” və “Cinemazadeh” studiyasında peşəkar azərbaycan dilinə dublyaj olunan “Dağlı ailə” filmlərinin nümayişi keçirilib.
Bütün gecəni səhərədək DJ qonaqları dinamik musiqi ilə əyləndirib. Həmçinin alkoqollu və alkoqolsuz içkilər olub.
Tədbirin keçirilməsinə “Cinemazadeh” dublyaj studiyası, “Cinema Distribution”, “Red Bull”, “Ganja Sharab”, “Banketnaya” araqları və “Gala” şərabları dəstək olub.
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.