ÇıxışYolu.Com - “CinemaPlus”da xeyriyyə nümayişi

ÇıxışYolu.Com – “CinemaPlus”da xeyriyyə nümayişi

Baxış sayı: 2. 478 dəfə baxılıb.

ÇıxışYolu.Com - “CinemaPlus”da xeyriyyə nümayişi

“CinemaPlus 28 Mall” premium kinoteatrında 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar dublyaj olunmuş Kanada istehsalı olan “Qar adamı axtarışında” animasiya filminin uşaqlar üçün xeyriyyə nümayişi baş tutub. 

ÇıxışYolu.Com-ın məlumatına görə, cizgi filmi başlamazdan öncə uşaqlar üçün sehrbaz Anarın çıxışı ilə əyləncə proqramı təşkil olunub.

Animasiya filmini Vüsal Xalıqoğlu, Mətanət Abbaslı, Rövşən Məmmədli, Pərviz Məmmədrzayev, Emin Nəsirli, Ramil Zeynalov, Nəcibə Hüseynova, Vüsal HacıqədirElşən Rüstəmov dublyaj ediblər. 

Dublyajın rejissoru Vüsal Məmmədov, redaktor Vüqar Hüseynov, səs rejissoru Natiq Şəkərəliyev, səs operatoru Rəhman Hacıyev, post-prodakşn supervayzer Vüqar İslamzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.  

Ailəvi cizgi filminin rejissorları Pyer QrekoNensi Sevarddır

Qısa məzmunu: Şəxsi detektiv Nelli və botanik-alim Saymonun maraqlı sərgüzəştləri. Onlar əminliklə Qar adamının varlığına inanırlar. Mifik heyvanın varlığını sübut etmək üçün tədqiqatçılar Himalayın düz mərkəzinə yola düşməli və onu tapmalıdırlar.

www.ÇıxışYolu.Com