ÇıxışYolu.Com – Cüdoçularımız Minskdə Qurban bayramını qeyd edib

Baxış sayı: 2. 342 dəfə baxılıb.

ÇıxışYolu.Com - Cüdoçularımız Minskdə Qurban bayramını qeyd edib

Xəbər verdiyimiz kimi, cüdo üzrə milli komandamız Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışındadır.

ÇıxışYolu.Com xəbər verir ki, Azərbaycan cüdoçuları bu şəhərdə təşkil olunan beynəlxalq toplanışda iştirak edərək Bakıda keçiriləcək dünya çempionatına hazırlaşırlar.

 

Bu gün millimizin üzvləri Minskdə müqəddəs Qurban bayramını qeyd ediblər. Cüdoçularımız Qurban bayramı münasibətilə təbriklərini çatdıraraq, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini vurğulayıblar.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com