“Gözəlçə” filmi ilə məşhurlaşan aktrisa Culia Robertsin son görüntüsü görənləri çaşdırıb.
ÇıxışYolu.Com xəbər verir ki, bədən quruluşu və gülüşü ilə “Hollivud gözəlçəsi” ləqəbi ilə tanınan Culia sosial media hesabında paylaşım edib.
51 yaşlı aktrisa makiyajsız halı ilə diqqət çəkib. Xeyli arıqlayan Robertsin görüntüsü sevənlərini qorxudub.
Onlar sənətçinin xəstələndiyini düşünüb və buna görə rəylər yazıblar.