ÇıxışYolu.Com - “Dərs Evi” məktəblilər üçün Əsl Yay Proqramını təşkil etdi

ÇıxışYolu.Com – “Dərs Evi” məktəblilər üçün Əsl Yay Proqramını təşkil etdi

Baxış sayı: 2. 304 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Dərs Evi” məktəblilər üçün Əsl Yay Proqramını təşkil etdi

30 iyun tarixində Dərs Evi 8 – 11 sinif şagirdləri üçün Azərbaycanda təkrarı olmayan Əsl Yay Proqramını başladı. 

Proqramın ilk 4 günü iştirakçılar Natiqlik üzrə master klaslarda, ingilis dili dərslərində danışıq qabiliyyətlərini təkmilləşdirdilər, “Urban Limited” şirkətinin “Crescent” layihəsində mühəndislik, tikinti və təhlükəsizlik üzrə faydalı məlumatlar əldə etdilər, #1 Çörək zavodunda çörək istehsalı ilə yaxından tanış oldular, Sumqayıt Texnologiyalar Parkında ən son texnoloji nəaliyyətlərdən xəbərdar oldular. Bundan əlavə uşaqlar komanda oyunlarına qatılarkən artıq özləri üçün yeni dostluqlar qura bildilər.

Şagirdlərin ən çox zövqünə oxşayan kimya master klasları oldu. Burada onlar kimyəvi elementlərlə yaxından tanış olub onların xüsusiyyətlərinin və bir-biri ilə reaksiyalarının canlı şahidi oldular. 

Növbəti günlərdə Əsl Yay Proqramına qatılan şagirdlər FHN Akademiyasına, ADA Universitetinə, Pullman otelinə, Greentech şirkətinə, Milana Hospitala, Evimiz mağazasına və Yarat Müasir İncəsənət Mərkəzinə səfərlər edəcəklər. Bu müəssisələrin gördüyü işlər ilə yaxından tanış olub onların nümayəndələrinə müvafiq sualları verə biləcəklər və ən əsası onların daxili iş proseslərində iştirak edə biləcəklər!⠀

Üstəlik uşaqlar üçün riyaziyyat, esse yazılışı, aqronomiya, turizm və incəsənət üzrə yeni master klaslar təşkil olunacaq. 

Sonda bütün iştirakçılar sertifikatlarla təltif olunacaqlar!

Əsl Yay Proqramının birinci həftəsinə qatıla bilməyən şagirdlər üçün ikinci həftəyə yazılmaq şansı verilir. İştirakçılar proqramı Azərbaycan və ya rus dillərində keçə bilər. 

8-11-ci sinif şagirdləri üçün nəzərdə tutulan Əsl Yay Proqramı 12 Avqust tarixinədək qüvvədə olacaq. 

Qeydiyyat üçün: https://bit.ly/2KM7IhH 

Ətraflı məlumat üçün: *3377

Dərs Evi 2015-ci ildən təhsil sahəsində fəaliyyət göstərən innovativ tədris mərkəzidir.  Burada həm peşakar müəllim heyəti, həm də tədris prosesləri sahəsində böyük təcrübəyə malik mütəxəssislər çalışır. Dərs Evində abituriyentlərə lazımi biliklərlə yanaşı stressin idarəolunması, biliklərin yadda saxlanılması metodikaları, özgüvənin artırılması, düzgün ünsiyyətin qurulması öyrədilir. 

www.ÇıxışYolu.Com