ÇıxışYolu.Com – Dani Kintana üçün 2018-ci il bitdi?

Baxış sayı: 4. 354 dəfə baxılıb.

ÇıxışYolu.Com - Dani Kintana üçün 2018-ci il bitdi?

Məlum olduğu kimi, “Qarabağ”ın futbolçusu Dani Kintana BATE ilə oyun öncəsi zədə alıb. 

ÇıxışYolu.Com xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin oyunun protokolunda adının olmaması zədəsinin ciddi olmasını göstərir.

Məlum olub ki, futbolçu Belarusdakı cavab oyununda da meydanda olmayacaq. Belə ki, futbolçu dizindəki köhnə zədəsini yeniləyib.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov saytımıza onun vəziyyəti ilə bağlı açıqlama verib:

“O, yaxın günlərdə əməliyyat olunacaq. Əməliyyat xarici ölkədə baş tutacaq. Futbolçu menisk nahiyəsindən zədə alıb. Onun nə qədər müddətdən sonra sıramıza qayıdacağı hələ dəqiq bilinmir”.

Qeyd edək ki, Dani Kintana ötən il İspaniyada diz bağlarından əməliyyat olunub və altı ay yaşıl meydanlardan kənarda qalıb. Buna görə onun yenidən İspaniyada əməliyyat olunacağı və qış fasiləsindən sonra “Qarabağ”a kömək edə biləcəyi gözlənilir.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com