Rusiyada keçirilən futbol üzrə dünya çempionatında “C” qrupunda ilk tura yekun vurulub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Saransk şəhərinin “Mordoviya Arena” stadionunda keçirilən qarşılaşmada Peru və Danimarka milliləri üz-üzə gəlib.
Matç Avropa təmsilçilərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 59-cu dəqiqədə Yusuf Poulsen vurub.
Bu qrupun digər qarşılaşmasında isə Fransa Avstraliyadan üstün olub – 2:1.