Rusiyada tam gücü ilə davam edən futbol üzrə dünya çempionatında F qrupunun digər cütlüyü arasında matç keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, Nijni Novqorod şəhərinin futbol arenasında İsveç və Cənubi Koreya yığmaları üz-üzə gəlib.
Oyun 1:0 hesabı ilə İsveçin xeyrinə başa çatıb.
63-cü dəqiqədə hakim videotəkrara baxdıqdan sonra C.Koreyanın qapısına 11-metrlik cərimə zərbəsi təyin edib.Qrankvist penaltini dəqiq yerinə yetirərək qapıçıya heç bir şans qoymayıb.