Futbol üzrə dünya çempionatının II tur matçlarına yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, sonuncu – H qrupunda Kolumbiya və Polşa qarşılaşıb.
İlk turda gözlənilmədən məğlub olan hər iki komanda bu dəfə üç xal qazanmaq üçün meydana çıxıblar. Kolumbiya Polşaya 3:0 qalib gəlib. Qolları Ceri Mina, Radamel Falkao və Xuan Kuadrado vurub.
Bununla da Kolumbiya üç xal qazanaraq pley-off şansını növbəti tura saxlayıb. Robert Levandovskili Polşa isə ardıcıl üçüncü dəfə mundialda qrup səddini aşa bilməyib.
Xatırladaq ki, bu qrupun digər görüşündə Seneqal və Yaponiya 2:2 oynayıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com