ÇıxışYolu.Com – DÇ-2018: Rusiya-Misir qarşılaşması başa çatdı

Baxış sayı: 2. 996 dəfə baxılıb.

ÇıxışYolu.Com - DÇ-2018: Rusiya-Misir qarşılaşması başa çatdı

Rusiya-Misir futbol üzrə yığma komandalarının qarşılaşması sona çatdı. 

ÇıxışYolu.Com xəbər verir ki, 3-1 hesabı ilə Rusiya qalib gəldi.

23:29

Oyunun ikinci hissəsində hesab açılıb.

ÇıxışYolu.Com xəbər verir ki, misirli futbolçunun avtoqolu nəticəsində ruslar ikinci hissənin 3-cü dəqiqəsində 1:0 hesabı ilə önə çıxıblar.

Sonra hesab yenidən dəyişib.

Ruslar daha iki qol vurublar və hesab 3:0 olub.

73-cü dəqiqədə isə misirlilər penaltı ilə hesabı 3:1-ə endiriblər

22:01

Futbol üzrə dünya çempionatının altıncı gününün sonuncu oyunu “Sankt-Peterburq Arena”da başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, ikinci turun ilk oyununda ev sahibi Rusiya yığması Misir millisi ilə üz-üzə gəlir.

Qarşılaşmanı argentinalı Kaseres Enrike idarə edir.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com