Rusiyada keçirilən futbol üzrə dünya çempionatının D qrupunda növbəti oyun keçirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, Kalininqrad şəhərinin mərkəzi arenasında keçirilən qarşılaşmada Xorvatiya yığması Nigeriya komandasını 2:0 hesabı ilə məğlub edib.
Matçın 32-ci dəqiqəsində Etobo avtoqola imza atıb. 71-ci dəqiqədə isə Modriç penalti zərbəsində xorvatların üstünlüyünü iki topa çatdırıb.
Bu qrupun digər qarşılaşmasında Argentina və İslandiya yığmaları 1:1 hesablı heç-heçəyə qalıblar.
İlk turdan sonra Xorvatiya 3 xalla qrupa başçılıq edir. Argentina və İslandiya yığmalarının hesabında 1 xal var. Nigeriya isə 0 xalla sonuncudur.