Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qalibi Fransa millisi vətənə dönüb.
ÇıxışYolu.Com xəbər verir ki, Şarl de Qoll hava limanında çempionları Fransanın idman naziri Lora Flessel qarşılayıb.
Didye Deşamın rəhbərlik etdiyi komandanı Yelisey çölündə geniş bayram tədbirləri gözləyir. Bu tədbirlərə yüz minlərlə azarkeşin qatılacağı gözlənilir.
Çempionları Fransa prezidenti Emanuel Makron da qəbul edəcək: komandanın üzvləri Fəxri legion ordenləri ilə təltif ediləcəklər.