ÇıxışYolu.Com – Debütant millimizin Avropa çempionatındakı oyunları

Baxış sayı: 2. 405 dəfə baxılıb.

ÇıxışYolu.Com - Debütant millimizin Avropa çempionatındakı oyunları

Yeni yaradılmış mini futbol üzrə millimiz ilk dəfə olaraq mötəbər turnirdə iştirak edəcək.

ÇıxışYolu.Com xəbər verir ki, avqustun 12-18-i aralığında Ukraynanın paytaxtı Kiyevdə mini futbol üzrə Avropa çempionatı keçiriləcək.

D qrupunda yer almış yığmamızın rəqibləri son dünya çempionları Çexiya, son Avropa çempionatının bürünc medalçısı Macarıstan, eləcə də SerbiyaTürkiyə milliləridir.

Artıq yığmamızın oyun qrafiki də bəllidir. Belə ki, ilk gündə millimiz Bakı vaxtı ilə saat 20:00-da Macarıstanla qarşılaşacaq. Bu matçın başlanmasından bir saat sonra IX Avropa çempionatının açılış mərasimi baş tutacaq.

13 avqustda yığmamız Çexiya ilə görüşəcək. Bu matçın başlanma saatı 23:00-dır. Avqustun 14-də yığmamız istirahət edəcək. Bir gün sonra millimiz Türkiyə ilə (18:00) oynayacaq. Daha sonra yığmamız qrupda son görüşünü avqustun 16-da Serbiyaya qarşı keçirəcək. Bu görüş 21:00-da baş tutacaq.

Dörd qrup qalibləri və qrup ikinciləri avqustun 17-də 1/4 final matçlarına çıxacaq. Avqustun 18-də isə yarımfinal, III yer və final matçları keçiriləcək. Final Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com